ABŞ-ın Xarici İşlər naziri Azərbaycanla Ermənistan münasibələrinin nizamlanmasında Rusiya ilə əməkdaşlığa ümid elədiyini bildirdi, Minsk qrupunu dirçəltmək istədi
Hurriyyet.az “Vestnik Kavkaza” saytına istinadən xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Entoni Blinken ABŞ ilə Rusiyanın müharibədən sonrakı dövrdə Azərbaycan ilə Ermənistan arasındakı münasibətləri nizamlamağa birlikdə kömək edəcəklərinə ümidvar olduğunu bildirib.
ABŞ Dövlət katibi Blinken Stokholmda ATƏT ölkələrinin XİN rəhbərlərinin sammitindəki çıxışı zamanı Vaşinqtonun Rusiya ilə birlikdə postmüharibə dövründə Cənubi Qafqazdakı vəziyyətin nizamlanmasında iştirak edəcəyinə ümidvar olduğunu söyləyib. Çıxışın mətni ABŞ Dövlət Departamentinin saytında dərc edilib.
Blinken deyib: “Qafqazda Ermənistan ilə Azərbaycan rəhbərlikləri arasında birbaşa dialoqun bərpa olunmasını alqışlayırıq və humanitar məsələlərdə, o cümlədən tutulmuş şəxslər (qaytarılması), minaların təmizlənməsi, itkin düşmüş şəxslər (tapılması), insan hüquqlarının və beynəlxalq humanitar hüquqların pozulması ehtimallarının araşdırılması, təqsirkarların cəzalandırılması məsələlərində irəliləyiş əldə edilməsinə təkidlə çağırış edirik”.
“Bundan sonra da irəliləyiş əldə edilməsi üçün hamılıqla, o cümlədən Rusiya ilə də birlikdə çalışa biləcəyimizə ümid edirəm”.
Blinken Azərbaycan ilə Ermənistanı həll edilməmiş məsələləri, o cümlədən sərhədlərin delimitasiyası, demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin dirçəldilməsi məsələlərini həll eləməyə təkidlə çağırdığını bildirib.
Onun fikrincə, Bakı ilə İrəvan möhkəm və uzunmüddətli sülh üçün ATƏT-in Mink qrupu ilə əməkdaşlığa davam etməlidirlər.
Hürr Tərcüman