ABŞ-ın yeni planı: "Fələstin dövləti tanınacaq"
Hurriyyet.az xəbər verir ki, "Vaşinqton Post" nəşrinin Birləşmiş Ştatlardan və ərəb dövlətlərindən olan məmurlara istinadla verdiyi məlumata görə, ABŞ ilə bir sıra ərəb ölkələri Fələstin dövlətinin qurulması və tez bir zamanda İsrail ilə Fələstin arasında uzunmüddətli sülh yaradılması planı üzərində işləyirlər.
Məqalədə Fələstin dövlətinin yaradılması məsələsinin həllinin tezləşdirildiyi qeyd edilir. Qarşıdakı həftələrdə müvafiq bəyanat qəbul edilə bilər.
Nəşrin yazdığına görə, İsrail ilə HƏMAS arasında atəşkəs və əsir mübadiləsi danışıqları da bu planlarla əlaqələndirilib.
İlkin dövrdə atəşin azı 6 həftəliyə dayandırılması, həmin müddətdə barəsində danışılan planların elan edilməsi gözlənilir.
ABŞ-ın rəsmi şəxsləri Fələstin dövlətinin Birləşmiş Ştatlar tərəfindən tanınmasının ərəb dünyasını bu dəfə səylərin daha ciddi olduğuna inandırmaq imkanı kimi qiymətləndiriblər.
Hürr Tərcüman