📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın yeni prezidenti kim olacaq? - Tramp Baydeni üstələyib

2024-06-14 10:21:12

ABŞ-ın yeni prezidenti kim olacaq? - Tramp Baydeni üstələyib

Hurriyyet.az xəbər verir ki, noyabrda ABŞ-da keçiriləcək 60-cı prezident seçkiləri yaxınlaşdıqca həftəlik yenilənən sorğular ictimai rəyin nəbzini saxlayır.

"Reuters" və Ipsos-un birgə keçirdiyi son sorğuda 2020-ci ildə Baydenə uduzan Tramp rəqibini 2 xal qabaqlayıb.

Sorğuya görə, Respublikaçı Trampa səs verəcəyini deyən seçicilərin nisbəti 41 faizə çatıb, demokrat Baydenə üstünlük verəcəyini deyən seçicilərin nisbəti isə 39 faizdə qalıb.

Sorğuda iştirak edənlərin 20 faizi qərarsız olduqlarını və ya səs verməyi planlaşdırmadıqlarını bildiriblər.

Digər tərəfdən, ölkə daxilində seçki anketlərini tərtib edən Real Clear Politics (RCP) tərəfindən dərc edilən milli sorğularda Tramp kiçik fərqlə də olsa Baydeni qabaqlayır.

RCP-də son 9 ümummilli sorğunun orta göstəricisinə görə, Tramp səslərin 45,2 faizini, Bayden isə 44,8 faizində qalıb.

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi keçirilən ilkin seçki prosesində Demokratlar üçün Bayden, Respublikaçılar üçün isə Tramp asanlıqla kifayət qədər nümayəndə sayına çatıb.Demokratlar Partiyasından prezidentliyə rəsmi namizədin açıqlanacağı partiya qurultayı 19-22 avqust tarixlərində Çikaqoda, 15-18 iyul tarixlərində isə Respublikaçılar Partiyasının Milwaukee şəhərində keçiriləcək.