ABŞ-ın yeni vitse-prezidenti o ola bilər
2024-05-12 00:04:30
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkənin vitse-prezidenti vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.
Bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Heyli və Tramp arasında barışıq onların bəzi mühüm məsələlərdə fərqli baxışlarına baxmayaraq, qarşılıqlı maraqlarına uyğundur. \\Axar.az