📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın yeni vitse-prezidenti Ukrayna üçün fəlakət olacaq - Avropadan XƏBƏRDARLQ

2024-07-16 10:43:56

ABŞ-ın yeni vitse-prezidenti Ukrayna üçün fəlakət olacaq - Avropadan XƏBƏRDARLQ

Aİ Vensin ABŞ-ın vitse-prezidentliyinə namizədliyini “Ukrayna üçün fəlakət” hesab edir. Bu barədə “Politico” yazır.

 Ohayo senatoru Ceyms Devid Vensin “Respublikaçılar Partiyası”ndan vitse-prezidentliyə namizədi kimi seçilməsi "Ukrayna üçün fəlakət" olardı. Bunu yüksək rütbəli avropalı məmur deyib.

 ABŞ-ın keçmiş lideri Donald Trampın seçkilərdə mümkün qələbəsi artıq Avropada çaxnaşma yaradıb və Vensin vitse-prezidentliyə namizəd kimi təsdiqlənməsi mümkün yeni administrasiyanın Ukraynanı dəstəkləmək öhdəliyi ilə bağlı əlavə suallar yaradıb.

Ülviyyə, Hurriyyet.az