ABŞ: “İran Rusiyanın əsas hərbi dayağıdır”
2023-07-26 10:52:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Rusiya ilə İran arasındakı hərbi əməkdaşlığın getdikcə dərinləşdiyini bəyan edib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib: “İran Rusiyanın əsas hərbi dayağı olaraq qalır. Rusiya İrandan yüzlərlə birdəfəlik hücum PUA-sı, həmçinin dron istehsalı üçün avadanlıqlar alıb”.
Patel xatırladıb ki, RF qüvvələri İran dronlarından Ukrayna əhalisinə qarşı Kiyevə zərbələr endirmək üçün istifadə edib. Patel deyib: “Rusiya ilə İran arasında bu hərbi əməkdaşlıq dərinləşməkdədir”.
Hürr Tərcüman