📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq edib

2024-07-30 20:44:01

ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İran və Çindən olan 5 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Hurriyyet.az nazirliyin açıqlamasına istinadən xəbər verir ki, sanksiya tətbiq edilən şəxslər İranın ballistik raketləri üçün komponentlərin alınmasına yardım edənlərdir.

“Onlar İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramının əsas elementləri olan müxtəlif komponentlər, o cümlədən akselerometrlər və giroskoplar alıblar”, - məlumatda deyilir.

Sanksiya siyahısına salınması ABŞ-də aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan olunmasını nəzərdə tutur.