ABŞ İrana görə BMT TŞ-nin iclasını çağırdı
2022-11-02 00:14:00
ABŞ və Albaniya İrandakı etirazlarla əlaqədar noyabrın 2-də BMT Təhlükəsizlik Şurasının “Arria formulası” üzrə qeyri-rəsmi iclasını çağırıb.
Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Qeyd olunub ki, iclasın çağırılmasının məqsədi İranda insan hüquqlarının pozulması ilə bağlı müstəqil beynəlxalq və etibarlı təhqiqatın aparılmasını dəstəkləmək olacaq.
İran vətəndaş cəmiyyətinin nümayəndələri isə videobağlantı vasitəsilə iclasda iştirak edəcəklər. \\Axar