ABŞ İrana qarşı körfəzə daha çox qırıcı göndərəcək
2023-07-18 17:22:00
Pentaqon dünən İranın ələ keçirməyə çalışdığı ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazına və Oman dənizinə daha çox qırıcı təyyarə və təyyarədaşıyan gəmisi göndərəcəyini açıqlayıb.
Pentaqonun məlumatına görə, ABŞ həmin bölgəyə F-35 qırıcı təyyarələri və əvvəllər Qırmızı dənizə yerləşdirdiyi “Tomas Hunder” təyyarədaşıyan gəmisini göndərmək niyyətindədir.
Qeyd edək ki, Amerika bir müddət öncə sözügedən boğazda F-16 qırıcı təyyarələrinin istifadəsini artırmışdı.
Ülviyyə, Hurriyyet.az