ABŞ İrana yeni sanksiyalar tətbiq etdi
2026-02-25 21:17:23
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın neft ixracatçılarına və silah istehsalçılarına qarşı sanksiyalar tətbiq edib.
Hurriyyet.org xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalar İran neftinin və neft məhsullarının qanunsuz satışında, həmçinin ballistik raketlərin və müasir adi silahların istehsalında iştirak edən 30-dan çox fiziki və hüquqi şəxsə, eləcə də gəmilərə şamil edilib.