ABŞ İrandan neft tankerini dərhal sərbəst buraxmağı tələb etdi
2023-05-05 11:29:00
ABŞ İran tərəfindən Hörmüz boğazında Panama bayrağı altında üzən neft tankerini dərhal azad etməyi tələb edib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel açıqlama verib.
“İranın gəmiləri təqib etməsi, regional və beynəlxalq sularda gəmiçilik hüquqlarına müdaxiləsi beynəlxalq qanunlara ziddir və region ölkələrinin sabitliyini və təhlükəsizliyini pozur”, - deyə o əlavə edib.
Patel, ABŞ və dünya ictimaiyyətinin İranı ələ keçirdiyi gəmini azad etməyə çağırdıqlarını vurğulayıb.
Ülviyyə, Hurriyyet.az