ABŞ İranı terrorçuluğu maliyyələşdirməkdə ittiham edir
Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Kris Landberq İranı dünyada terrorçuluğun əsas sponsoru adlandırıb.
Onun sözlərinə görə, İranın Suriyada, İraqda və Yəməndə dəstəklədiyi terrorçu qruplaşmalar Yaxın Şərqdə və bütün dünyada sabitliyi pozmaqdadır. Landberq deyib: “İran özünün etibarlı adamlarını maliyyələşdirir və silahlandırır, o cümlədə silahlı texnologiyalarla təmin edir, bununla da bütün regiona hücum eləmək imkanı yaradır”.
ABŞ Dövlət Departamentinin təmsilçisi onu da qeyd edib ki, İŞİD terror təşkilatı da Birləşmiş Ştatlar üçün təhlükə yaratmağa davam edir.
Kris Landberq deyib: “İraqda və Suriyada bir müddət İŞİD-in nəzarəti altında qalmış ərazilərin tamamilə azad edilməsinə baxmayaraq, İŞİD-in qlobal varlığı artmaqda davam edir. İŞİD terrorçuları ABŞ və onun müttəfiqləri üçün daimi təhlükə olaraq qalmaqdadırlar”.
Hürr Tərcüman