📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ İranın dörd şirkətini sanksiya siyahısına əlavə etdi

2022-03-30 19:10:00

ABŞ İranın dörd şirkətini sanksiya siyahısına əlavə etdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ İrandan olan bir sıra şirkətləri sanksiya siyahısına əlavə edib. Bu bardə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Vəsaitlərə Nəzarət İdarəsinin saytında verilib.

Qara siyahıya Tehrandan olan dörd şirkət, həmçinin İran vətəndaşı Məhəmməd Hüseyn salınıb.

Maliyyə Nazirliyi öz açıqlamasında bu tədbirlərin nüvə silahının yayılmasının qarşısını almaq proqramı çərçivəsində görüldüyünü bildirib.

Hürr Tərcüman