ABŞ İranın Səudiyyəyə hücumundan əndişələnir: "Tərəddüd etməyəcəyik"
Hurriyyet.az “Yevropeyskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Birləşmiş Ştatlar İranın Səudiyyə Ərəbistanının ünvanına təhdidlərindən narahat olub və zərurət yarandığı zaman tərəddüdsüz cavab verəcəyini bildirib. “Röyters” informasiya agentliyinin məlumatına görə, bu barədə açıqlamanı Ağ Ev verib. ABŞ Milli Təhlükəsizlik Şurasının təmsilçisi deyib: “Biz təhdidlərin mənzərəsindən narahatıq. Səudiyyənin hərbi və kəşfiyyat kanalları ilə daimi təmasdayıq. Regiondakı maraqlarımızı və tərəfdaşlığımızı tərəddüdsüz müdafiə edəcəyik”.
Bu açıqlama “Wall Street Journal” nəşrinin Səudiyyə Ərəbistanının İranın krallığına hökmən hücum edəcəyi barəsində kəşfiyyat məlumatlarını ABŞ-la paylaşması xəbərini yaydıqdan sonra verilib.
Səudiyyə məmurları öz kəşfiyyat məlumatlarının əsasında amerikalı həmkarlarına İranın həm krallığa, həm də İraqın Ərbil şəhərinə hücum eləməyə hazırlaşdıqlarını, İranın bu addımı atmaqda məqsədinin diqqəti ölkə daxilində sentyabr ayından bəri davam edən etirazlardan yayındırmaq olduğunu bildiriblər.
Sentyabrın axırında İran Şimali İraqa onlarla ballistik raket və dronlarla hücum eləmişdi. ABŞ bazasının yerləşdiyi Ərbil şəhərinə edilən hücum ABŞ qırıcısıtərəfindən dəf edilmişdi. Tehran bu hücumun səbəbinin Ərbildəki kürd separatçı qruplarının İran daxilində qarışıqlıq yaratması olduğunu bəyan etmişdi.
Hürr Tərcüman