ABŞ İranla məhbusların dəyişdirilməsi və rejimin 6 milyard dollarlıq aktivlərinin dondurulması barədə razılığa gəlib
İran yaxın həftələrdə dəyişdirilmə üçün Qətərə gedəcək ikili vətəndaşlığı olan 5 amerikalını ev dustaqlığına buraxıb.
Bu barədə “The New York Times” xəbər verir. ABŞ isə öz növbəsində İranın Cənubi Koreyadakı dondurulmuş aktivlərinin 6 milyard dollarını Qətərin mərkəzi bankındakı hesaba köçürəcək və bu məbləğ “yalnız” Ayətullah rejiminin dərman və ərzaq alışlarını ödəyəcək. Qeyd olunur ki, ABŞ-da saxlanılan iranlılar da dəyişdirilmə üçün Dohaya gedə bilərlər. “Lakin onlar bunu etmək istəyəcəklərmi, çünki onların çoxu ailələri ilə birlikdə ABŞ-da yaşayır və İrana qayıtmaq fikrində deyillər”, deyə nəşr vurğulayır.
“The New York Times” qeyd edir ki, ABŞ və İran arasında danışıqlar Oman, Qətər və İsveçrənin vasitəçiliyi ilə aparılıb və sazişin son variantı son aylarda formalaşıb.
Ülviyyə, Hurriyyet.az