📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ İsrailə üçüncü təyyarədaşıyan gəmi göndərib

2023-10-20 13:55:42

ABŞ İsrailə üçüncü təyyarədaşıyan gəmi göndərib

ABŞ Fələstin-İsrail münaqişəsi zonasından mülki şəxslərin mümkün təxliyəsi üçün Şərqi Aralıq dənizinə daha bir təyyarədaşıyan gəmi göndərib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının təyyarədaşıyan “Mount Whitney” gəmisi oktyabrın 18-də Qaetadan (İtaliya) ayrılaraq Aralıq dənizinin şərqinə doğru yola düşüb.

Ülviyyə ŞÜKÜROVA

Hurriyyet.az