📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ, Kanada və Avropa ölkələri İsrailin yeni yaşayış məntəqəsinin salınması planlarına etiraz etdilər

2023-02-17 15:01:00

ABŞ, Kanada və Avropa ölkələri İsrailin yeni yaşayış məntəqəsinin salınması planlarına etiraz etdilər

İngiltərə, Fransa, Almaniya, İtaliya və ABŞ-ın XİN nazirləri İsrailin bazar günü elan etdiyi planlardan narahat olduqlarını bildiriblər.
Dörd Avropa ölkəsi və Kanadanın xarici işlər nazirləri çərşənbə axşamı günü Vaşinqtona qatılaraq İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin işğal altındakı İordan çayının qərb sahilində doqquz yaşayış məntəqəsinin salınmasına icazə vermə qərarına qarşı çıxıblar.
Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və ABŞ-ın xarici işlər nazirləri birgə bəyanat yayaraq, İsrailin bu planlarından narahat olduqlarını bildiriblər.
Rəsmilər “Biz israillilər və fələstinlilər arasında gərginliyi daha da artıracaq və danışıqlar yolu ilə iki dövlətli həllə nail olmaq səylərinə xələl gətirəcək birtərəfli hərəkətlərə qəti şəkildə qarşıyıq” deyə bildiriblər.
Kanadanın xarici işlər naziri Melanie Jolie, Ottavanın da məskunlaşmanın genişləndirilməsinə qəti şəkildə qarşı olduğunu söyləyib və əlavə edib ki, "belə birtərəfli hərəkət hərtərəfli, ədalətli və davamlı sülh əldə etmək səylərini təhlükə altına qoyur".
Bazar günü İsrail geriyə dönük olaraq İordan çayının qərb sahilində doqquz yeni qəsəbə tikməyə icazə verib və mövcud yaşayış məntəqələrində kütləvi şəkildə yeni evlərin tikintisini elan edib və bu, dövlət katibi Entoni Blinkenin məsələ ilə bağlı "dərin narahatlığını" dilə gətirməsinə səbəb olub.
İsrail Xarici İşlər Nazirliyi dərhal şərh verməyib, lakin Netanyahu hökumətindəki dini-millətçi blokun təhlükəsizlik naziri İtamar Ben-Qvir daha da irəli getmək istədiyini söyləyib.
Ülviyyə, Hurriyyet.az