📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Kanadanı şantaj edir

2026-01-26 23:02:11

ABŞ Kanadanı şantaj edir

Kanadanın F-35 qırıcılarını almaqdan imtina etməsi ABŞ-ni Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) haqqında razılaşmalara düzəliş etməyə məcbur edə bilər.

"Report" xəbər verir ki, ABŞ-nin Kanadadakı səfiri Pit Hukstra CBC telekanalına müsahibəsinə deyib.

"Əgər onlar F-35 qədər operativ uyğunluğa malik olmayan aşağı keyfiyyətli təyyarə almaq qərarına gəlsələr, bu bizim hərbi potensialımıza təsir göstərəcək. Nəticədə, bunu necə kompensasiya edəcəyimizi düşünməli olacağıq", - deyə diplomat bildirib.

Qeyd edək ki, Kanada beşinci nəsil F-35 qırıcılarının alınması proqramına yenidən baxmaq və İsveçin hərbi-sənaye konsernindən JAS 39 Gripen E qırıcılarını almaq imkanını nəzərdən keçirir.