ABŞ kəşfiyyatı Danimarkada yetim uşaqların üzərində təcrübə aparıb
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 1960-cı illərdə Danimarkada apardığı psixoloji təcrübələrdə yetim uşaqlardan istifadə elədiyi iddia edilir.
“Daniş Radio” (Danimarka Radiosu) adlı kanalın efirindəki sənədli verilişdə MKİ-in yüzlərlə danimarkalı yetim uşaq üzərində psixoloji təcrübələr apardıqları xəbər verilib.
Sənədli filmdə MKİ-nin 1960-cı illərin əvvəllərində başlanan təcrübələrində şizofreniya hallarını araşdırmaq üçün 311 danimarkalı yetim uşaqdan istifadə elədiyi irəli sürülüb. İddiaya görə, övladlığa götürülən və yaxınlıqdakı yetimxanalarda yaşayan uşaqların üzərində keçirilən təcrübələr Danimarkanın paytaxtı Kopenhagen şəhərindəki xəstəxananın zirzəmisində aparılıb.
Uşaq ikən bu təcrübələrdə iştirak elədiyini söyləyən Per Vennik bir skamyada otuzdurulduqdan sonra qollarına, ayaqlarına, ürəyinin ətrafına elektrodlar yerləşdirildiyini və yüksək tezlikli səsləri eşitməyə məcbur edildiyini söyləyib.
Təcrübələrin uşaqların psixopatik xüsusiyyətlərə sahib olub-olmadığını aşkara çıxarmaq üçün aparıldığını təxmin edən Vennik xəstəxanaya aparılmazdan əvvəl “yaxşı şeylər olacaq” sözü ilə aldadıldığını söyləyib. Vennik deyib: “Bu, adamı çox narahat edirdi və sadəcə, mənim hekayəm deyil, bir çox uşağın hekayəsidir”.
Hürr Tərcüman