📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ kəşfiyyatından Rusiya ordusunun itkiləri barəsində açıqlama

2023-08-19 10:41:00

ABŞ kəşfiyyatından Rusiya ordusunun itkiləri barəsində açıqlama

Hurriyyet.az xəbər verir ki, “Nyu-York Tayms” nəşri kəşfiyyat məlumatlarından xəbərdar olan ABŞ məmurlarına istinadla Rusiya ordusunun Ukraynadakı itkilərinin (ölənlər və yaralananlar) sayının təqribən 300 min nəfərə çatdığını yazıb.

ABŞ kəşfiyyatının irəli sürdüyü rəqəmlərə görə, müharibənin 18 ayı ərzində  Rusiya ordusunun  120 min hərbçisi həlak olub, 170-180 min hərbçisi isə yaralanıb.

Ümumi itki sayı – II Dünya müharibəsi dövründən bəri rekord həddə çatıb və RF Prezidenti Vladimir Putinin 2022-ci il 24 fevral tarixində Ukraynaya hərbi müdaxilə üçün topladığı qoşunun sayını təqribən 2 dəfə üstələyib – Pentaqonun (ABŞ MN) hesablamalarına görə, həmin qoşunun sayı 150 min nəfər olub.

Ukraynanın Müdafiə Nazirliyinin məlumatında isə, indiyə qədər Rusiya ordusunun  256 510 nəfər hərbçisinin öldürülüdüyü bildirilir.

Hürr Tərcüman