ABŞ kəşfiyyatının başçısı İsrailə dəstək üçün Qətərə gedib
2023-11-28 18:16:23
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Vilyam Bers İsrail-Fələstin münaqişəsi ilə bağlı Qətərə səfər edib. O, HƏMAS ilə İsrail arasında əsir mübadiləsi və Qəzza sektorundakı münaqişə ilə bağlı məsələrin müzakirəsində iştirak edəcək.
Məlumatı “Vol Strit Cornel” (The Wall Street Journal) nəşri anonim mənbələrə istinadla yayıb.
Bu, son 20 gündə Bernsin Yaxın Şərqə üçüncü səfəridir. Onun Dohada HƏMAS liderləri ilə sıx əlaqəsi olan Qətər məmurları və MOSSAD-ın direktoru David Barnea ilə görüşü gözlənilir.
Hürr Tərcüman