📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ABŞ kəşfiyyatının başçısı Ukraynaya məxfi səfər edib”

2023-07-01 10:41:00

“ABŞ kəşfiyyatının başçısı Ukraynaya məxfi səfər edib”

Hurriyyet.az xəbər verir ki, “Vaşinqton Post” nəşri mənbələrə istinadla ABŞ-ın Mərkəzi Kəşfiyyat  İdarəsinin direktoru Vilyam Bernsin iyun ayında, Ukrayna Silahlı Qüvvələrinin əks-hücuma başladığı ilk günlərdə Kiyevə məxfi səfər etdiyini yazıb. Nəşrin yazdığına görə, Zelenskinin Ofisində Bernsə plan təqdim edilib. Planda ilin sonuna qədər Rusiya ilə sülh danışıqlarının başladılması nəzərdə tutulur.

Nəşrə açıqlama verən məmurlardan birinin sözlərinə görə, səfərdə məqsəd Ukraynanın özünü müdafiə eləməsinə kömək üçün Bayden administrasiyasının  bundan sonra da kəşfiyyat məlumatlarını verməyə “hazır olduğunu təsdiqləmək” olub.

Nəşr yazır ki, Kiyevdəki hərbi məmurlar payıza qədər Ukraynanın ərazilərin böyük bir qismini qaytaracağına, artilleriya və raket komplekslərini Rusiyanın nəzarəti altında olan Krımın sərhədlərinə yerləşdirəcəyinə, ordunun şərqə doğru irəliləcəyinə, bundan sonra isə Moskva ilə danışıqların başlanacağına əmindirlər.

Hürr Tərcüman