📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ kəşfiyyatının lideri: "Ukrayna böyük ərazilər itirəcək"

2024-03-12 09:27:41

ABŞ kəşfiyyatının lideri:

"Buna Vaşinqtonun yardımı dayandırması səbəb olacaq" 
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Berns Birləşmiş Ştatların silah və hərbi texnika tədarükünü bərpa etməyəcəyi təqdirdə, Ukraynanın 2024-cü ildə xeyli ərazi itirəcəyini bəyan edib.
Vilyam Berns ABŞ Konqressi Senatının kəşfiyyat üzrə xüsusi komitəsinin iclasındakı çıxışında deyib: "Əlavə vəsait ayrılması şəklində zəruri yardım edilməsə, məncə, gələcək çox qaranlıq olacaq. Çox güman ki, Ukrayna 2024-cü ildə xeyli ərazi itirəcək. Onların silah-sursatı, bizim isə onlara yardım üçün vaxtımız tükənir".
Kiyevdən yenicə qayıtmış Berns səfərin detalları barəsində heç bir açıqlama verməyib. 
Hürr Tərcüman