ABŞ Kiyevə hücumla bağlı xəbərdarlıq edib
2024-08-22 12:36:54
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın Kiyevdəki səfirliyi ABŞ Dövlət Departamentinin məlumatına istinadla yaxın günlərdə Rusiyanın Ukraynanın dövlət və mülki obyektlərinə zərbələr endirə biləcəyi barəsində xəbərdarlıq edib.
ABŞ Ukraynanın bütün ərazisi boyunca həm gecə, həm də gündüz saatlarında, xüsusilə də Ukraynanın 24 avqust tarixli Müstəqillik günü ərəfəsində dron və raket zərbələri endirilməsinə hazırlıq barəsində məlumatlı olduğunu bəyan edib.
Hürr Tərcüman