📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Kiyevə yeni HHM sistemləri verəcək

2022-10-11 11:27:00

ABŞ Kiyevə yeni HHM sistemləri verəcək

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Kiyevə müasir HHM sistemləri verəcək.

Ağ Evin mətbuat xidmətinin açıqlamasına görə, ABŞ Prezidenti CO Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon ilə danışarkən bu xəbəri verib.

Açıqlamada deyilir: “Prezident Cozef Bayden bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıq aparıb. Bayden Ukraynaya özünümüdafiə üçün zəruri dəstək göstərməyə, o cümlədən müasir HHM sistemlərini göndərməyə davam edəcəklərini vəd edib”. Bayden Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə də davamlı yardım edəcəklərini söyləyib.

Amerika lideri onu da qeyd edib ki, ABŞ Rusiyanı “öz hərbi cinayətlərinə və zülmünə görə məsuliyyətə cəlb eləmək” məqsədi ilə müttəfiqləri və tərəfdaşları ilə sıx əməkdaşlıq edir.

10 oktyabr tarixində səhər saatlarında Ukrayna hökuməti ölkənin müxtəlif şəhərlərinə, o cümlədən Kiyevə raket zərbələrinin endirildiyini xəbər vermişdilər. Ölənlər və yaralananlar var.

Hürr Tərcüman