📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollarlıq yardımı təsdiqlədi

2022-03-11 11:29:00

ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollarlıq yardımı təsdiqlədi

ABŞ Senatı Ukraynaya 13,6 milyard dollar yardımın ayrılmasını təsdiqləyib.

Bu barədə CNN məlumat yayıb.

Təcili yardım paketi, xüsusilə, Ukrayna Silahlı Qüvvələrinə, qaçqınlara yardımı nəzərdə tutur, prezidentin Ukrayna və digər müttəfiq ölkələrə müdafiə avadanlığı ötürmək səlahiyyətlərini artırır.

Qanun layihəsində sanksiyaların tətbiqi də nəzərdə tutulub.

İndi sənəd imzalanmaq üçün Baydenə göndəriləcək.

Bir gün əvvəl Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qeyd etmişdi ki, 13,6 milyard dollar çox güman ki, sadəcə “zirvə” olacaq.

Qanun layihəsi dünən ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.