📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Konqresindən olan lobbiçilər Ermənistandadırlar

2024-07-03 11:55:10

ABŞ Konqresindən olan lobbiçilər Ermənistandadırlar

ABŞ Konqresindən olan lobbiçilərdən ibarət heyət İrəvana səfər edib. Heyətə senator Rocer Viker başçılıq edir - o, ABŞ-ın Helsinki komissiyası kimi tanınan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının üzvüdür. Senator Viker həm də Senatın Silahlı Qüvvələr Komitəsinin üzvüdür.
Senator Vikerlə yanaşı, Helsinki komissiyasının sədri Co Vilson, senatorlar Ben Kardin və Con Kornim, nümayəndələr Robert Adelholt,  Riçard Hadson və Trent Kelli Ermənistana gediblər.
Onların Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və parlamentin spikeri Alen Simonyan ilə görüşləri planlaşdırılır.
Hürr Tərcüman