📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Konqresinin 11 üzvü Baydenlə Blinkenə müraciət etdi: “Türkiyəyə F-16 satmayın”

2021-10-27 14:59:00

ABŞ Konqresinin 11 üzvü Baydenlə Blinkenə müraciət etdi: “Türkiyəyə F-16 satmayın”

Hurriyyet.az BBC kanalının türk redaksiyasına istinadən xəbər verir ki, ABŞ-da 11 Konqres üzvü Prezident Cozef Bayden ilə Xarici İşlər naziri Entoni Blinkenə məktub göndərərək Türkiyəyə F-16 hərbi təyyarələrinin satılmaması çağırışını edib. Aralarında həm Demokratlar, həm də Respublikaçılar partiyasının üzvlərinin imzaladıqları məktubda Amerika Konqresinin F-16 satışının qarşısını alacağına əminlik ifadə edilir.

“Röyters” agentliyi məktubun 25 oktyabr tarixli olduğunu bildirib.

Agentliyin xəbərinə görə, məktubda bu sözlər yazılıb:

“Prezident Ərdoğanın sentyabr ayında Türkiyənin Rusiyadan ikinci partiya S-400 raket müdafiəsi sistemini satın alacağını bəyan eləməsindən sonra ABŞ-da istehsal edilmiş hərbi təyyarələri bizə düşmənimiz kimi davranan bir müttəfiqə satmaqla milli təhlükəsizliyimizi təhlükəyə ata bilmərik... Proses davam eləsə, Konqresin birgə hərəkət edərək bu satışın qarşını ala biləcəyindən əminik. Belə bir dövrdə ABŞ hər hansı bir müasir hərbi təchizatı Türkiyəyə göndərə bilməz”.

 

Hürr Tərcüman