ABŞ konqresmenlərindən İlon Maska məktub: İran rəsmilərinin "Twitter"ə çıxışının qarşısını alın
2022-05-18 13:15:00
Bu yaxınlarda Klaudiya Tenneyin başçılığı ilə bir neçə amerikalı konqresmen Tesla şirkətinin sahibi İlon Maska məktub yazaraq, bu sosial media şirkətini İran rejiminin və onların SEPAH kimi terror təşkilatlarının rəsmilərinə qarşı fəaliyyət göstərməyə çağırıblar.
Konqresmenlərin sözlərinə görə, Twitter-ın satın alınması İlon Maska imkan verir ki, platformanın Amerika vətəndaşlarının qətlinə görə məsuliyyət daşıyan İran rejimi ilə əlaqəli və sanksiyaya məruz qalmış şirkətlərə rəqəmsal xidmətlər göstərməklə bağlı çoxdankı narahatlığını aradan qaldırsın.
Ülviyyə, Hurriyyet.az