“ABŞ Kremlə hücumla bağlı məlumat toplayır” - CNN
2023-05-03 23:59:00
Amerika Birləşmiş Ştatları Kremlə PUA-larla hücumla bağlı məlumat toplayır.
Bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, ABŞ hakimiyyəti hələ də nə baş verdiyini anlamağa çalışır.
Qeyd edək ki, Kremlə PUA-larla zərbə endirilməyə cəhd edilib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb. \\Qafqazinfo