📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-la Çinin mübarizəsi necə bitəcək - okeanda qarşıdurma kəskinləşir

2021-12-16 12:14:00

ABŞ-la Çinin mübarizəsi necə bitəcək - okeanda qarşıdurma kəskinləşir

Asif Nərimanlı: “Proseslərin hərbi əməliyyatlar deyil, soyuq müharibəyə apardığı hiss olunur”

Hind-Sakit Okean regionunda ABŞ-Çin qarşıdurması getdikcə kəskinləşir. Proses faktiki olaraq iki ölkə arasında yeni iqtisadi müharibə müstəvisinə çıxmaqdadır. Noyabrda Cənubi Çin dənizində Yaponiya ilə birlikdə sualtı qayıqlara qarşı mübarizə xarakterli təlim keçirən ABŞ regionda Çinin artan hərəkətliliyinə qarşı müttəfiqlərini də səfərbər etməyə çalışır.

Hurriyyet.az xəbər verir ki, bu barədə açıqlama verən ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Birləşmiş Ştatlar azad və açıq Hind-Sakit Okean regionunun müdafiəsi və irəliləməsi üçün müttəfiqlərlə çalışacaq. Səbəb Çinin hegemonluğunun qarşısını ala bilmək, yaxud azaltmağa çalışmaqdır: “Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla bütün milli güc alətlərimizi - diplomatiya, hərbi, kəşfiyyat alətlərini daha sıx birləşdirən bir strategiya qəbul edəcəyik”.

Blinken ABŞ-ın Cənubi Çin dənizində naviqasiya azadlığına sadiqliyini bir daha təkrarlayıb. O, Çinin təhdidedici əməllərinin hər il bu ərazidən 3 trilyon dollarlıq məhsulların daşınmasına mane olduğunu bildirib.

Qeyd edək ki, Cənubi Çin dənizinin təbii sərvətləri və oradan keçən dəniz yollarına nəzarət Çinin son onillikdə əldə etməyə çalışdığı nəticələrdən ən mühümüdür. Ölkənin xarici ticarətinin çox böyük hissəsi bu dənizdən keçən yollarla reallaşır. Bu baxımdan, Çin Cənubi Çin dənizindəki Malakka boğazını tam nəzarətinə almaqda çox maraqldır. Malakka iqtisadi-ticari aspektdə bütün dünya üçün strateji əhəmiyyət daşıyır. Çünki Malakka həmin regiondakı əsas ticarət yolunun üstündədir. Dünya ticarətinin 25 faizi oradan keçməklə reallaşır. Bundan başqa, Körfəz ölkələrindən nəql edilən dünya üzrə sıxışdırılmış təbii qazın 40 faizi Malakka boğazını keçməklə münaqişə mənbəyi olan dəniz üzərindən Çinə və digər Şərqi Asiya ölkələrinə çatdırılır. Buna görə də bütün dövlətlərin öz ticarət gəmilərinin həmin yerdən sərbəst keçməsində marağı var. Ayrılıqda Çinin xarici ticarətinin 60 faizi Malakka vasitəsilə həyata keçirilir.

Çin ABŞ-la ticarət müharibəsində qələbəyədək mübarizə aparacaq - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Çin dənizinin dibində 190 trilyon kubmetr təbii qaz, 11 milyard barel neft ehtiyatların olduğu ehtimal edilir. Tək Spatrli adasının ətrafında 50 trilyon kubmetr qaz və 5 milyard barel neft yatır. Uzun illərdir Pekin Cənubi Çin dənizində iştirakını artırmaq prosesində beynəlxalq konvensiyalardan yayınmaq üçün müxtəlif ada və arxipelaqların yaxınlığında süni adalar yaradır. Məsələn, onun Spatril arxipelaqı rayonu və Haynan adaları ətrafında süni adalar yaradaraq onlarda hərbi qüvvələr yerləşdirməsi beynəlxalq səviyyədə etirazlara səbəb olub. 2016-cı Haaqa Beynəlxalq Məhkəməsi Çinin həmin adaların yaxınlığında yerləşən dəniz ərazisindəki təbii sərvətləri istismar etmək hüququnun olmamasına dair qərar qəbul edib.

Çinin Cənubi Çin dənizində daha çox ərazini öz nəzarətinə almaq cəhdlərinə digər sahil ölkələri - Vyetnam, Filippin, Tailand, Yaponiya, Malayziya da kəskin etiraz edirlər.  Bu məsələ Avropa Birliyinin də gündəmindədir - Brüssel mühüm ticarət yollarının tamamilə Çinin nəzarətinə keçməsini istəmir. Buna görə də ABŞ-ın bu istiqamətdəki fəaliyyətlərini daim dəstəkləyir.

Çin Cənubi Çin dənizində hərbi qüvvələrini artırsa da, eyni zamanda ABŞ nəzarətindən kənar ərazilər üzərindən ticarət imkanlarını genişləndirməyə çalışır. Məsələn, Pekin hökuməti Çinin cənub-qərb əyalətlərinin Hind okeanına dəmir yolları vasitəsilə çıxışını təmin edəcək “Çin - Myanma İqtisadi Dəhlizi”nin tikintisinə, Benqal körfəzində yerləşən Kyaukfyu limanının və Yangon liman şəhərinin yenidən qurulmasına milyardlarla dollarlıq sərmayə ayırıb. Eyni zamanda borc tələsinə saldığı Pakistandan mühüm Qvadar limanına, Şri-Lankadan isə Hambantota limanına nəzarəti ələ keçirə bilib. Beləliklə, Kyaukfyu limanı Çinin Malakka boğazından asılılığını azaldaraq Qvadar və Hambantota dəniz limanlarına və ən əsası, borc tələsinin ilk qurbanlarından olan Cibutinin Doraleh limanındakı Çin hərbi bazasına birbaşa çıxışını təmin edəcək. Bununla da körfəz ölkələrindən idxal edilən təbii resurslar Cənubi Çin dənizinə daxil olmadan birbaşa Çinin nəzarətində olan keçid və infrastrukturlar vasitəsilə ölkənin sənaye istehsalının cəmləşdiyi cənub və şərq regionlarına daşınacaq. Bununla yanaşı, Çin Hind okeanında geostrateji əhəmiyyətə sahib Maldiv və Şeyşel adalarında təsir rıçaqlarını artırmaq imkanı əldə edəcək.

Pandemiyanın qazananı… – Azlogos

Çinin bu fəaliyyətləri fonunda ABŞ Hindistan və Yaponiyanı  Hind-Çin yarımadasına investisiya qoyuluşlarını artırmağa təşviq edir. Eyni zamanda Vaşinqton regionun əsas ölkələrindən biri olan Vyetnamla münasibətlərin inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verir. Bundan əlavə, ABŞ region ölkələrinin Çinlə iqtisadi-siyasi inteqrasiyasının qarşısını almaq üçün də addımlar atır. Obamanın prezident olduğu dövrdə Vaşinqton 11 Şərqi Asiya və Sakit okean hövzəsi ölkəsini “Trans-Pasifik Əməkdaşlıq Sazişi” - TPP ətrafında  toplamağa müvəffəq olmuşdu. Obama hökumətinin çoxtərəfli və genişmiqyaslı “Asiyaya qayıdış” strategiyası (ikitərəfli təhlükəsizlik ittifaqlarının qurulması, regional güclərlə iqtisadi əməkdaşlıqları və ticarət əlaqələrini dərinləşdirməklə maliyyə dövriyyəsi və investisiya həcminin artırılması, demokratik dəyərlər və insan hüquqlarının müdafiəsi sahəsində ortaq fəaliyyət və s.) çərçivəsində, 2016-cı ilin fevral ayında ABŞ, Avstraliya, Kanada, Bruney, Sinqapur, Yaponiya, Vyetnam, Meksika, Malayziya, Yeni Zelandiya, Çili və Peru arasında tarifləri və tənzimləyici baryerləri sadələşdirmək və ticarət dövriyyəsinin artmasına təkan vermək üçün qarşılıqlı ticari əməkdaşlıq müqaviləsi imzalanmışdı. Lakin Tramp administrasiyasının müqavilədən geri çəkilməsi nəticəsində müqavilə ratifikasiya olunmayaraq qüvvədən düşdü. İndi isə ABŞ yalnız Cənub Şərqi Asiya regionunda deyil, bütün dünyada Çin tərəfindən öz iqtisadi-siyasi nüfuzu, hərbi iştirakına yönəlik böyük təhdidlə üz-üzə qalıb.

Çinin 2013-cü ildən bəri başlatdığı “Bir kəmər-bir yol” layihəsi uzun və bahalı bir yol qət edərək tamamlanmağa doğru gedir. Ölkəni Asiya, Afrika və Avropanın 80-dən yuxarı ölkəsi ilə birləşdirməli olan layihəyə indiyədək bu və ya digər səviyyədə 125-dən çox ölkə, 29 beynəlxalq təşkilat qoşulub. Layihənin məqsədi olaraq Çindən Avropaya qədər uzanan həm dəniz, həm quru ticarət yolunun üzərində yerləşən ölkələr arasında vahid mövqenin formalaşdırılması göstərilir. Faktiki olaraqsa, Çin Böyük İpək Yolunun müasir variantı kimi təqdim etdiyi layihə çərçivəsində ticarət yollarının üzərində olan ölkələrdə tranzit yükdaşımalara, limanlara və digər infrastruktur üzərində nəzarət qurur. Bunun üçün böyük yatırımlar edən Pekin ümumilikdə bu məqsədlə 1,2 trilyon dollar xərcləmək niyyətindədir. Çin layihəyə cəlb olunan ölkələrdə 5 G texnologiyasının tətbiqini də diqqət mərkəzində saxlayır.

Pekin ötən 8 ildə layihənin icrası sahəsində böyük yol qət etməyə nai olub. Çin rəhbərliyinin açıqladığı məlumata görə, artıq layihə çərçivəsində ticarətin təşkili üçün zəruri olan infrastruktur obyektləri üzrə işlər yekun mərhələyə qədəm qoyub. Çin şirkətlərinin layihə iştirakçısı olan ölkələrə birbaşa investisiyalarının həcmi 130 milyard dollar təşkil edir. Çinin bu ölkələrlə qarşılıqlı ticarətinin həcmi isə 2020-ci ildə 1,35 trilyon dollar olub.

Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər Afrikanın 35-dən yuxarı ölkəsini bu və ya digər səviyyədə Çindən asılı vəziyyətə salıb. Asiyada Pakistan, Şri-Lanka layihə çərçivəsində Çinin səxavətlə payladığı pulları almaqla borc tələsinə düşüblər. Avropada Makedoniya, Yunanıstan hazırda Çindən aldıqları borcları qaytarmaqla bağlı çox ciddi çətinliklərlə üzləşiblər. Tezliklə Çinin bu iki ölkənin ən iri limanlarını 99 illiyə icarəyə götürəcəyi gözlənilir. Bundan əlavə, Çin ABŞ-ın ən yaxın müttəfiqi olan İsraillə iqtisadi əməkdaşlığı sürətlə genişləndirməkdədir.

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Co Baydenin hakimiyyətə gəlişi ilə ABŞ-ın Çinə qarşı fəaliyyətlərində kəskin canlanma başlayıb. Bu fəaliyyətlərin mühüm bir istiqamətini Cənub-Şərqi Asiya təşkil edir. Bayden 2021-ci ilin fevralından etibarən ən yüksək səviyyədə hərbi və siyasi nümayəndələrini bölgəyə göndərib. Son həftələrdə bölgədə müxtəlif adlar altında hərbi təlimlər keçirən ABŞ-la Çin arasında hərbi toqquşmaların olacağına dair proqnozlar belə verilməkdədir.

ABŞ Çinin artan siyasi-iqtisadi-hərbi həmlələrinin qarşısını ala biləcəkmi? Dənizlərdə ölkələr arasında hərbi toqquşmalar nə qədər realdır? Sualları cavablandıran siyasi şərhçi Asif Nərimanlı bildirir ki, ABŞ-ın Çinə qarşı strategiyası əvvəldən dənizdən mühasirəyə əsaslanır: “Bunun birdən çox səbəbi var. Birincisi, Çinin tarix boyu ticarət yolları əsasən dəniz yolları üzərindən olub. İkincisi, dənizdən mühasirə qurudan müdaxilədən fərqli olaraq qarşıdurmanı nüvə təhlükəsi səviyyəsinə çatdırmaya bilər. Cənubi Çin dənizində gərginliyin əsas səbəbi də budur və bu gərginlik xüsusilə Obama dönəmində pik həddə çatmışdı. Trampın dövründə Çinlə mübarizə daha çox ”iqtisadi müharibə" xarakteri daşıyırdı. Bayden demokratların strategiyasını yenidən tətbiq etməyə çalışır. Lakin mübarizə təkcə dənizlərdə yox, həm də quruda aparılır. Çünki Çin ABŞ-ın dəniz yollarına maneələr törətməsi riskinə qarşı quru dəhlizlərinə önəm verməyə başladı, xüsusilə Mərkəzi Asiya coğrafiyası üzərindən keçməklə Avropaya çıxış dəhlizi aktualdır".

A.Nərimanlının sözlərinə görə, Obama dönəminin sonlarında - 2016-cı ildə ABŞ-ın Çinlə müharibə ssenariləri haqda məlumatlar mediaya sızdı: “Məlum oldu ki, mübarizə 2025-ci ildə Mərkəzi Asiya coğrafiyasında nəzərdə tutulur. Əslində Vaşinqtonun Əfqanıstandan çıxması və Cənubi Qafqazda baş verənlər bu prosesdən qaynaqlanır. Baydenin gəlişindən sonra Çinlə mübarizə aktiv mərhələyə keçdi və həm quru, həm də dəniz dəhlizləri istiqamətində gedir. ABŞ-Çin mübarizəsində Vaşinqtonun strategiyası öz cəbhəsini formalaşdırmağa hesablanıb. Bunu həm Avropada etməyə çalışırlar, həm də Cənub Şərqi Asiyada. Blinkenin Cənub-Şərqi Asiya turnesinin hədəfi də budur. Bu strategiya Çinin mühasirəyə alınması məqsədi daşıyır. Lakin ABŞ-ın Çinin genişlənmə siyasətinin önünü sona qədər kəsəcəyi inandırıcı deyil, çünki qlobal siyasət dəyişir və Çin artıq qlobal güc olma imkanları baxımından Amerika ilə yarışmaq gücündədir. Bununla yanaşı, yeni dünya nizamında dünyanın artıq birqütblü olmaqdan çıxdığı, ən azı ikiqütblü olacağı gözlənilir və bu qütblərdən biri də Çin olacaq. Fikrimcə, hərbi toqquşmadan daha çox ”soyuq müharibə" dövrünü görə bilərik".

“Yeni Müsavat”