📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ-la İsrailə atəşkəs üçün müraciət olunmayıb, müqavimət davam edəcək" - Əraqçi

2026-03-16 16:43:08

İran atəşkəs üçün heç bir müraciət etməyib.

ISNA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçi İranın heç bir halda ABŞ-la İsrailə atəşkəs üçün müraciət etmədiyini bildirib.

O qeyd edib ki, İran müqavimət göstərməyə davam edəcək.

“Bu müharibə elə bitməlidir ki, düşmənlər bir daha İrana təcavüz etmək fikrinə düşməsinlər”, - nazir vurğulayıb.