📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-la Özbəkistan Əfqanıstanın gələcəyini müzakirə ediblər

2022-12-09 12:39:00

ABŞ-la Özbəkistan Əfqanıstanın gələcəyini müzakirə ediblər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Əfqanıstandakı vəziyyətin dinc yolla nizamlanması məsələsində Özbəkistanla sıx əməkdaşlıq eləmək niyyətindədir. Bu barədə açıqlamanı Özbəkistanın Xarici İşlər Nazirliyi Özbəkistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmətulla İrqaşev ilə ABŞ-ın Özbəkistandakı səfiri Conatan Devid Hennik arasındakı danışıqlardan sonra verib.

Görüşün əsas mövzusu Əfqanıstandakı vəziyyət və özbək-əfqan münasibətlərinin perspektivləri olub. Hennikin Özbəkistanın əfqan xalqına humanitar yardımını yüksək qiymətləndirdiyi bildirilir.

Tərəflərin fikrincə, Əfqanıstanda mili barışıq mümkün qədər tez bir zamanda əldə edilməli, yeni hakimiyyət isə dünya ictimaiyyəti qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Hürr Tərcüman