ABŞ-la Türkiyə arasında F-16 satışında daha bir mühüm addım atıldı.
2024-06-07 11:18:02
Hurriyyet.az
ABŞ Dövlət Departamenti: Türkiyə F-16-ların alınması ilə bağlı təklif və qəbul məktubunu imzalayıb
ABŞ-la Türkiyə arasında F-16 satışında daha bir mühüm addım atıldı. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Türkiyənin F-16 döyüş təyyarələrinin alınması ilə bağlı təklif və qəbul məktubunu imzaladığını açıqlayıb.Türkiyə ilə ABŞ arasında əldə olunan razılaşmada "Türkiyənin son nəsil F-16 Block 70 döyüş təyyarələri alması ilə bağlı mühüm irəliləyişlər var".
F-16 donanmasının modernləşdirilməsini də əhatə edən müqavilədə daha bir mühüm mərhələ keçilib.
Milli Müdafiə naziri Yaşar Gülərin Ankarada ABŞ-ın Ankaradakı səfiri ilə görüşündən sonra ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mövzu ilə bağlı açıqlamalar verib./AA