📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ-la Türkiyənin ortaq məxrəcə gəlməsi regionda yeni geosiyasi mərhələnin başlanğıcı olacaq" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-02-14 14:39:42

"Ankara və Vaşinqtonun yaxınlaşması İsrail -Fələstin məsələsində sülhün əldə edilməsində, Azərbaycana qarşı ABŞ-ın təzyiq siyasətinin neytrallaşdırılması istiqamətində mühüm amil olacaq"

"Türkiyə-ABŞ əlaqələrində normallaşma prosesi başlayıb. Türkiyənin İsveçin NATO-ya qəbul edilməsinə razılıq verməsi, Yaxın Şərqdə dəyişən geosiyasi vəziyyət Vaşinqtonun Ankaraya F-16 təyyarələrin tədarükü müsbət həll edildi. Lakin ABŞ F-35-lərin Türkiyəyə satışına icazə vermir. Əsas şərti Ankaranin S-400-dən imtina etməsidir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Bununla yanaşı, politoloq qeyd edib ki, Ankara və Vaşinqtonun yaxınlaşması İsrail -Fələstin məsələsində sülhün əldə edilməsində, Azərbaycana qarşı ABŞ-ın təzyiq siyasətinin neytrallaşdırılması istiqamətində mühüm amil olacaq: "Ümumiyyətlə, Vaşinqton və Ankaranın ortaq məxrəcə gəlməsi regionda yeni bir geosiyasi mərhələnin başlanğıcı olacaq. ABŞ çalışır ki, Yaxın Şərqdə İranla gərginləşən münasibətlər fonunda Türkiyənin dəstəyini alsın. Qeyd edim ki, Türkiyə üçün əsas problemlərdən biri məhz Suriyanın şimalında ABŞ-ın PKK terror təşkilatına dəstəyini geri çəkməsidir. Bu müstəvidə danışıqlar aparılacaq. Amma Vaşinqton Suriyada kürdlərə dəstəkdən geri çəkilməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az