ABŞ layihəsi: “2025-ci ilə qədər Şimali və Cənubi Azərbaycan birləşə bilər”
“İran Azərbaycan müstəqillik qazanan bəri, son 30 ildə bizə qarşı həddən artıq aqressiv davranıblar. Zaman-zaman Azərbaycanın o vaxtki rəhbərini aldadıb bir erməni cinayətlərinin törədilməsinə səbəb olublar. İstər helikopterin vurulmasında, istər Azərbaycan-Ermənistan danışıqlarının keçirilməsində, istər Şuşanın işğal olunmasında birmənalı şəkildə İranın bu və ya digər dairələrinin müəyyən rolu var. Bu gün də həmin siyasət davam edir”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, İranı qorxudan bir neçə səbəb var.

“İran orta hesabla hər il ancaq SEPAH-ın xətti ilə 150-250 milyard dolları narko ticarətdən əldə edirdi. Azərbaycan Ordusu 130 km-lik sərhədi bağlayandan sonra Ermənistan üzərindən bunu həyata keçirə bilmirlər. Çünki Ermənistan-İran sərhəddini rus qoşunları qoruyur və onu buraxmırlar. Bunların qorxduğu başqa bir məsələ Azərbaycanla bağlı ABŞ-ın layihəsidir. Bu layihə 1997-ci ildə qəbul olunub və 2025-ci ilə qədər ABŞ nəzərdə tutub ki, Urmiya da daxil olmaqla, Şimali və Cənubi Azərbaycanı birləşdirsinlər. İranı 6 hissəyə parçalasınlar. Üçüncü bir məsələ İsrail-İran qarşıdurmasıdır. Burada İsraillə Azərbaycanın münasibətləri İranı bölgədəki layihəsini həyata keçirtməyə mane olur. Daha doğrusu, Tükiyənin Yaxın və Orta Şərqdə, Qafqazda fəallaşması İranı ikinci sıraya keçirdib. Bu da həm də bütün islam dünyasında onu sonrakı yerlərə atıb. İran bunu heç cür içinə sindirə bilmir. Türkiyəyə gücü çatmır, ona görə də bizim üzərimizdə guya Türkiyəyə mesaj verirlər. Amma o mesajların ünvanı da aydındır. Ərdoğan da ona çox yüksək səviyyədə cavab verdi. Bir də 4-cü məsələ də Azərbaycanla bağlı deyil. Bu daha çox İranın nüvə silahı əldə etməsidir. Yəni, bilirsiniz ki, xakkerlər hücum edib, dağıtdılar. Məlum oldu ki, Rusiya İranın nüvə silahı əldə etməsi üçün bütün lazımi addımları atıb. Bu, Rusiyaya qarşı sanksiyaları da artıracaq. Eyni zamanda, İranın da vəziyyətini gərginləşdirəcək. Yəni, ortada olan budur ki, İran Azərbaycanın indiki mövqeyini heç cürə sindirə bilmir.
Bundan əvvəl bozbaş mollaları danışdı ki, İlham Əliyev Xudafərinə getdi, haropu sığalladı ki, siz istəsəniz də, istəməsniz də Azərbaycan artıq yüksək səviyyədə hərbi təchizatını yerinə yetirir. Bu dəfə ki, sayaqlılamaları və hərəkətindən sonra İrana bir mesaj verdi ki, bizdən kənarda yaşayan soydaşlarımızıın hüquqlarını qorumağa artıq başlayacağıq. Yəni, İran bütün bunların fonunda özünü göstərməyə çalışır. Çünki ordusu yaman gündədir. Bu dövlət islamı yaman günə qoyub, daxilində problemlər yaranıb. Yəni, İran Azərbaycanla yaxşı olar ki, dostluq münasibətlərini bərpa etsin, yoxsa molla rejiminin ömrünə az qalıb. Rejimin aradan getməsi üçün hər cür siyasi şərait yaranıb. Bir növ Azərbaycan həmin şəraitin katalizatoru ola bilər. İndi İran düşünsün. Əgər dağılmağını istəyirsə, buyursunlar. Azərbaycanla bağlı əllərindən nə gəlir qoysunlar ortaya!”
Aynurə