ABŞ-lı araşdırmaçı fonddan İDDİA: "İran Azərbaycana qarşı mübarizə aparmaq üçün Ermənistana dronlar verəcək"
Məlumdur ki, İranın İrəvanla Bakı arasında gərginlik yaratmaq Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətləri pozmağa yönəlib. Çünki Ankara İrəvanı Rusiyanın və bölgədə gərginlik istəyən qüvvələrin caynağından qoparmaq üçün çalışır.
"Ceyms Taun Fondu" bildirir ki, Türkiyə-Azərbaycan oxunun yüksəlişinə və İsrailin Qafqazda artan iştirakına qarşı çıxmaq üçün İran Ermənistana kamikadze pilotsuz təyyarələr verməyi planlaşdırır.
Beyin mərkəzi hesab edir ki, Tehran Bakını regionda öz maraqlarına uyğun addımlar atmağa inandıra bilmədikdən sonra artıq bir müddətdir Azərbaycana qarşı “məcburetmə taktika”larına əl atıb.
Tehranın Naxçıvandan Türkiyəyə uzanan Zəngəzur dəhlizi layihəsindən imtina etmək, eləcə də Təl-Əvivlə tərəfdaşlığını dayandırmaq üçün Bakını “qorxutmaq” cəhdləri əks nəticə verib.
Ceyms Taun Fondu qeyd edir ki, görünür, Bakının barışmazlığına cavab olaraq İran “Qafqazda sülh prosesi”ni pozmaq üçün Azərbaycanın rəqibi Ermənistana intiharçı pilotsuz təyyarələr vermək istəyə bilər...
Qeyd edək ki, bir müddət əvvəl Tehran Respublikası Ermənistana külli miqdarda tank əleyhinə raketlər hədiyyə etmişdi.
Ülviyyə, Hurriyyet.az