📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-lı sabiq hərbi rəsmidən AÇIQLAMA: Ukrayna Krımı gələn ilin avqustunda azad edə bilər

2022-12-13 13:48:00

ABŞ-lı sabiq hərbi rəsmidən AÇIQLAMA: Ukrayna Krımı gələn ilin avqustunda azad edə bilər

Ukrayna Krımı artıq avqustda azad edə bilər. Bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, general Ben Hodjes açıqlayıb.
Onun fikrincə Ukrayna Silahlı Qüvvələri fevral ayına qədər Rusiya Federasiyasının işğal etdiyi ərazilərdəki qərargahlara zərbələr endirəcək və bu da Krımın alınması əməliyyatına şərait yaradacaq.
"Ukrayna Baş Qərargahı yaxın bir neçə həftə ərzində, fevral ayına qədər Krımın azad edilməsi kampaniyasının həlledici mərhələsinə şərait yaratmaq üçün Rusiyanın qərargahlarına və kommunikasiyalarına (logistika) zərbələr endirməyə davam edəcək. Gözləntim var ki, avqusta qədər Krımı azad edəcəklər", deyə ABŞ qoşunlarının keçmiş komandanı yazıb.

Ülviyyə, Hurriyyet.az