📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ liberalları ilə Makron arasında mədəni "soyuq savaş" gedir" - FUAD ÇIRAQOV

2024-03-12 12:12:57

"Belə görünür ki, Makron təkcə bizim zəhləmizi tökməyib, bir neçə gün öncə "Foreign Policy"də çıxan yazıda kobud şəkildə deyirdi ki, "a kişi, boş-boş danışma, nə qoşun göndərmək, silah göndər!"

"ABŞ-dan "Foreign Policy" və "New York Times"da ən azı 3 ildə Makron haqqında yazılanları oxusanız görərdiniz ki, əslində ABŞ liberalları ilə Makron arasında mədəni "soyuq savaş" gedir, onun bütün xarici siyasətini, ideologiyasını tənqid edirdilər". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov deyib.

Politoloqun sözlərinə görə, halbuki, Makrona necə böyük ümidlər var idi, onu qlobalistlər və liberallar ABŞ-da Trampın hakimiyyətdə olduğu vaxtda qlobal liberalizmin ümidi və xilaskarı görürdülər: "Elə o vaxt bu başlıqlarla da palaz-palaz yazılar yazıldı. Sonuncu "NATO Ukraynaya qoşun göndərə bilər" ifadəsi Qərbdə hamını çilədən çıxardı, retorik savaş daha da şiddətləndi. Belə görünür ki, Makron təkcə bizim zəhləmizi tökməyib. Bir neçə gün öncə "Foreign Policy"də çıxan yazıda kobud şəkildə deyirdi ki, "a kişi, boş-boş danışma, nə qoşun göndərmək, silah göndər!". Fransa Ukraynaya silah göndərənlərin içərisində bəzi göstəricilərə görə, 16-cı, digərlərində 22-cidir, bapbalaca Danimarka və Estoniya imkanları daxilində daha çox yardım edir. İndi isə məşhur "Politico" jurnalında Makronun üstündən qırdüzən maşınla ABŞ-ın NATO-da keçmiş səfiri Çikaqo Beynəlxalq Münasibətlər Şurasının sədri keçib, deyərdim təhqir edib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az