ABŞ Litvaya əlavə 400 hərbçi göndərir – RƏSMİ AÇIQLAMA
2022-03-07 14:50:00
ABŞ dövlət katibi Entoni Blinken yaxın vaxtlarda ABŞ-dan əlavə 400 hərbçinin Litvaya göndəriləcəyini bildirib.
Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Vilnüsdə Litvanın xarici işlər naziri Qabrielius Landsberqislə birgə mətbuat konfransında bildirib.
“Yaxın günlərdə ABŞ-ın 1-ci Zirehli Briqadasının döyüş qrupundan əlavə 400 nəfər Litvaya göndəriləcək”, - Blinkien vurğulayıb.