📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili

2026-01-03 14:30:08

ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili

ABŞ qüvvələri Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirib.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı böyük bir hücumu uğurla həyata keçirib. Maduro həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılıb. Əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüat daha sonra açıqlanacaq. Diqqətinizə görə təşəkkür edirik!", - Tramp bildirib.

Qeyd edək ki, bu gün ABŞ ordusu Venesuelaya zərbələr endirib.