📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Maduronun təyyarəsini ələ keçirdi - Rusiyadan reaksiya

2024-09-04 14:25:50

ABŞ Maduronun təyyarəsini ələ keçirdi - Rusiyadan reaksiya

ABŞ-ın Dominikanda Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirməsi hava quldurluğudur.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Xariciİşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə, ABŞ-ın Maduronun təyyərəsini ələ keçirdiyini elan etməsinsən sonra, o, Venesuela diplomatları ilə əlaqə saxlayıb:

“Onlar dedilər ki, bu, belə aqibətlə üzləşən ilk təyyarə deyil. Bundan əvvəl yük daşımaları ilə məşğul olan təyyarələr ələ keçirilirdi, indi isə Venesuela Prezidentinin istifadə etdiyi bir nömrəli bort”.