📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ "Mason"u husilərə qarşı

2023-12-29 08:20:21

ABŞ

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə bir dron və bir rakeri vuriblar. ABŞ Silahlı Qüvvələrinin "İks" (X) sosial şəbəkəsindəki açıqlamasında deyilir: "USS Mason" esminetsi Qırmızı dənizin cənub hissəsində Husilər tərəfindən dekabrın 28-də, Səna vaxtı ilə 17.45 ilə 18.10 arasında buraxılmış bir dronu və bir ədəd gəmiəleyhinə ballistik raketi vurub". 

Açıqlamada həmin rayondakı gəmilərdən heç birinin zərər çəkmədiyi bildirilir.

Qeyd edək ki, “Ənsar Allah” hərəkatının üzvləri Qəzza bölgəsində döyüş əməliyyatları dayandırılana qədər İsrail ərazilərinə zərbələr endirəcəklərini və onunla əlaqəsi olan gəmilərin Qırmızı dənizin və Babül-Məndəb boğazının sularından keçməsinə yol verməyəcəklərini bəyan ediblər.

Bundan sonra Pentaqon “Qırmızı dənizdə azad naviqasiyanın təmin edilməsi üçün əməliyyat keçiriləcəyini” və əməliyyatda Böyük Britaniya, Bəhreyn, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Fransa və Seyşel adalarının iştirak edəcəklərini bəyan edib.

Hürr Tərcüman