📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ məktəbində atışma: Ölənlər var

2022-10-25 00:05:00

ABŞ məktəbində atışma: Ölənlər var

Missuri ştatının Sent-Luis şəhərində məktəbdə atışma nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə bazar ertəsi ştat polisi məlumat yayıb.
Məlumata görə, ikisi şagird olmaqla səkkiz zərərçəkmiş yerli xəstəxanaya aparılıb.
Məktəbə hücumda şübhəli bilinən şəxs isə polislə atışma zamanı öldürülüb.
Hadisəni törədənin motivləri hələ müəyyən edilməyib.
Polis baş verənləri araşdırır. \\Demokrat.az