ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran bir nüvə silahı üçün uran ehtiyatı yarada bilər
2023-04-12 13:57:00
“Bu gün İran bir nüvə silahının yaradılmasına yetərli qədər zənginləşdirilmiş uran ehtiyatı yarada bilər. Silahın özünün işlənməsi məsələsinə gəldikdə isə ABŞ-ın Kəşfiyyat idarəsi olaraq hesab edirik ki, İran rəhbərliyi 2003-cü ildə dayandırılan nüvə silahının yaradılması proqramının bərpası haqda qərar qəbul etməyib”.
Bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Berns Texasdakı “Rice University” universitetində çıxış edərkən deyib.
Ülviyyə, Hurriyyet.az