📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Mərkəzi Kəşfiyyatının başçısından sonra Rusiya kəşfiyyatının da rəhbəri İrəvana səfər etdi

2022-07-18 18:55:00

ABŞ Mərkəzi Kəşfiyyatının başçısından sonra Rusiya kəşfiyyatının da rəhbəri İrəvana səfər etdi

Hurriyyet.az “Sputnik Ermənistan” agentliyinə istinadla xəbər verir ki, iyulun 18-də İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkinin görüşü olub. Bu barədə açıqlamanı Ermənistan hökumətinin mətbuat xidməti verib.

Görüş zamanı tərəflərin regional və beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən Cənubi Qafqazda gedən prosesləri müzakirə elədikləri bildirilir.

Paşinyan qeyd edib ki, Narışkinin İrəvana səfəri Rusiya ilə Ermənistan arasındakı müttəfiqlik məsələlərinin müzakirəsi üçün növbəti imkandır. O, bu il iki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü olduğunu da xatırladıb. Narışkin də öz növbəsində RF ilə Ermənistana arasında çox yüksək səviyyəli siyasi dialoq olduğunu qeyd edib.

Xatırladaq ki, “Sputnik Ermənistan” agentliyi bir neçə gün bundan əvvəl  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency, CIA) başçısı Vilyam Berns İrəvana məxfi səfər etdiyini də xəbər vermişdi.

Hürr Tərcüman