📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ mətbuatı: “Bayraktar TB2” müharibənin taleyini həll elədi”

2021-12-22 17:04:00

ABŞ mətbuatı: “Bayraktar TB2” müharibənin taleyini həll elədi”

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Efiopiyada qiyamçı qüvvələr paytaxt Əddis-Əbəbəyə 130 kilometrə qədər yaxınlaşdıqdan sonra bir neçə həftə içərisində darmadağın ediliblər. Dünya mətbuatı bu qalibiyyətin arxasındakı Türkiyə gücünü diqqətə çatdıraraq, “Bayraktar TB2” bu müharibəni bitirdi” iddiasını səsləndirib.

Dünya mətbuatının yazdığına görə, Efiopiyadakı qiyamçılar dünən 2 məntəqəni tərk eləyib geri çəkiliblər. Bu, 13 aylıq müharibədə yeni dönüş nöqtəsi kimi qiymətləndirilir.

Efiopiyanın Baş naziri Abiy Əhməd şəxsən cəbhəyə gedərək döyüşəcəyini söylədikdən, paytaxt sakinlərini hazır olmağa çağırdıqdan sonra bir ay ərzində vəziyyət dəyişib. Dönüş nöqtəsinin pərdəarxasından yazan “Nyu-York Tayms” (New York Times) qəzetindəki xəbərin başlığı isə belə olub: “Xarici silahlı pilotsuz uçuş aparatları Efiopiyadakı daxili müharibənin nəticələrini müəyyənləşdirib”.

Qəzetin yazdığına görə, Türkiyənin “Bayraktar TB2” dronları Efiopiyada Tigray üsyançılarına qarşı müharibənin taleyini həll edib, paytaxtın astanasına gəmiş qiyamçıları geri oturdub. Qiyaçıların liderlərindən olan Tsadkan Gebretensae “Nyu-York Tayms”a müsahibəsində deyib: “Səmada 10 PUA vardı. Onun təsirini təsəvvür edin. Asan hədəfə çevrilmişdik”.

Efiopiyanın Baş naziri Əhməd bu ilin avqust ayında Türkiyə Prezidenti R.T.Ərdoğanla hərbi müqavilə imzalamışdı. 

“Nyu-York Tayms” bir çox Afrika ölkələrinin “Bayraktar TB2”-yə maraq göstərdiyini və Efiopiyanın müdafiə və aviasiya xərclərinin bir il ərzində 235 min dollardan 95 milyon dollara yüksəldiyini yazıb.

Hürr Tərcüman