ABŞ mətbuatı: "İki fərqli Bayden var, biri real deyil" - VİDEO
ABŞ Prezidenti Co Baydenin süni intellektlə hazırlanmış, real olmayan videoları yayılır.
Hurriyyet.az xəbər verir ki, bu barədə iddialar sosial şəbəkələrdə və ABŞ mətbuatında yayılıb.
Bu cür iddiaların yayılmasına səbəb ABŞ Prezidentinin eyni gündə iki fərqli yerdə qeydə alınmış görüntülərinin bir-birindən kəskin fərqlənməsidir.
Bildirilir ki, bu görüntülərdən birində ABŞ liderinin özü yox, “deepfake” videosudur.
“Deepfake” kiminsə etmədiyi bir şeyi dediyini və ya etdiyini göstərmək üçün süni intellektdən istifadə edərək yaradılmış videodur.
Eyni zamanda açıqlamalarda bildirilir ki, onun görünüşündəki fərqlər çəkiliş zamanı istifadə olunan işıqlandırma ilə bağlıdır.
Baydenin çıxışında gözünü qırpmadığı üçün videonun şübhəli olduğunu iddia edənlər də var.
40 min dəfə retvit edilmiş bir yazıda deyilir ki, normal insan dəqiqədə 15-20 dəfə göz qırpdığı halda Bayden videoda 17 saniyədən çox uzun müddət ərzində göz qırpmadan dayanıb.
Ekspertlər isə hesab edir ki, normal insanın bu qədər müddətdə göz qırpmadan dayanması mümükündür və səsləndirilən fikirlər videonun “deepfake” olduğunu sübut etmir.
Ağ Ev tərəfindənPprezidentin bir neçə dəfə gözlərini qırpdığını göstərən videonun daha uzun versiyası yayımlanıb və iddialar "əsassız" adlandırılıb.
Qeyd edək ki, Prezident Baydenin holoqram, “deepfake”, maskalı, klonlanmış və ya çıxışlarının yaşıl ekran qarşısında lentə alınması ilə bağlı iddialar yeni deyil. Belə ki, 2021-ci ilin martında Baydenin Ağ Ev qarşısında jurnalistlərin suallarını cavablandırdığı videonun xromokey qarşısında çəkildiyinə dair iddialar da səsləndirilmişdi.
İddia irəli sürənlərin çoxu hesab edir ki, Ağ Ev tərəfindən Prezidentin yaşı, səhhətinin pisləşməsi və b. səbəblərdən bu cür hiylələrdən istifadə edilir.
olke.az