📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ mətbuatı Tehranın İsrailə qarşı planlarından yazıb

2024-11-04 09:45:51

ABŞ mətbuatı Tehranın İsrailə qarşı planlarından yazıb

Hurriyyet.az xəbər verir ki, "The Wall Street Journal" nəşri İran və ərəb mənbələrinə istinadla Tehranın İsrailin 26 oktyabr hücumlarına qarşı cavab zərbəsi endirmək üçün daha güclü silahlardan istifdə etməyi planlaşdırdığını yazıb.
Xəbərdə bildirilir ki, Tehran İnqilab Keşikçiləri Korpusunun və İran ordusunun cəbbəxanalarında olan silah sistemlərindən, daha güclü silahlardan, raketlərdən və dronlardan istifadə edərək kompleks zərbə endirməyi planlaşdırır.
Qəzet yazır: "İrandan və ərəb ölkələrindən olan rəsmi şəxslərdən adığımız məlumata görə, atılacaq raketlərin daha güclü başlıqları olacaqdır".
Hürr Tərcüman