📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ mətbuatından iddia! “Rusiya Türkiyədən dron satın alacaq”

2021-12-25 12:13:00

ABŞ mətbuatından iddia! “Rusiya Türkiyədən dron satın alacaq”

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, “National Interst”  qəzetində dərc olunan, Piter Suçiunun müəllifi olduğu məqalədə Rusiyanın Türkiyədən SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı) idxal edə biləcəyini iddia edilib. 

Yeni texnologiya ilə istehsal edilən türk dronları Suriyada, Liviyada, Qarabağda və Donbassda Rusiyanın bir çox Hava Hücumundan Müdafiə sistemlərini məhv ediblər. Moskva iqtidarı bu iddiaları rədd eləsə də, Rusiya Türkiyə dronlarına olan marağını əngəlləyə bilməyib.

Piter Suçiu yazıb: “Moskva öz müdafiə sistemlərinin türk dronları tərəfindən məhv edilməsi iddialarına etiraz eləsə də, bu, Rusiyanın Türkiyə SPUA-sı ilə maraqlanmasına mane olmadı”. 

Hürr Tərcüman